Qubada 300-ə yaxın ixtisaslı müəllimə ehtiyac var- Video

18 2020 16:16

Qubanın Susayqışlaq kəndində yerləşən modul tipli məktəbdə 5 ixtisaslı müəllimə ehtiyac var. Təhsil ocağının ötən il vakansiyaya çıxardığı yerlərin bir hissəsi tutulsa da fizika, kimya, informatika fənnlərini tədris edəcək müəllim yerləri boş qalıb. Məktəbdə 106 şagird təhsil alır.

Müəllimlərin yerdəyişməsi müsabiqəsinə Qubada 300-ə yaxın boş iş yeri çıxarılıb. Vakansiyaların çoxu rayon mərkəzindən uzaqda yerləşən kəndlədədir. Daha çox kimya, bilogiya, ingilis dili, musiqi fənnlərini tədris edəcək pedaqoqlara ehtiyac var. Mərkəzdən 20 km-dən artıq məsafədə yerləşən şəxslər üçün bir sıra güzəştlər də nəzərdə tutulub.

Ümumilikdə rayondakı məktəblərdə 2761 nəfər müəllim dərs deyir. Onlar təhsil ocaqlarındakı 26 min 700-dən artıq şagirdin təlim tərbiyəsi ilə məşğuldur.