Qubaya istirahətə gələn turistlərin sayı kəskin azalıb- Video

23 2020 16:32

Mövcud pandemiya və ölkədə tətbiq olunan xüsusi karantin rejimi yay aylarında Qubaya istirahətə gələn turislərin sayını kəskin azaldıb. Beynəlxalq uçuşların dayandırılması nəticədə xarici ziyarətçilərdən məhrum olan turizm obeyklərində yerli turislər də gözə dəymir. Qubanın əsas turizm məkanlarından sayılan Qəçreşdəki istirahət mərkəzlərində apardığımız müşahidələr pandemiyanın bu sahəyə vurduğu ziyanının miqayısını göstərir. Adətən  həftəsonları paytaxdan gələn turislərlərin hesanına “qaynayan” Qəçreşdə indi sakitlik hökm sürür.