Qubada arı ailələri dağlıq ərazilərə köçürülür- Video

23 2020 16:47

Hazırda Qubada arıçılar arı yeşiklərini arandan dağlıq ərazilərə köçürürlər. Amma qışı itkisiz başa vuran təsərrüfatçılar bu il yağıntının az olmasından narahatdır. Quraqlığa görə, çiçəklənmə zəif olduğundan arılar yaxşı qidalana bilməyiblər. Nəticədə balın məhsuldarlığı aşağı düşüb.

Hazırda Qubada 865 arıçılıq təsərrüfatı var. Onlardan 117-si son bir ildə qeydiyyata alınıb.

Ötən il Qubanın arıçılıq təsərrüfatlarından 113 ton bal toplanıb.