Siyəzəndə qanunsuz fəaliyyət göstərən toyuq kəsimi sexi aşkarlanıb- Video

30 2020 17:01

Toyuqlar texniki-normativ tələblərə əməl edilmədən, kustar üsulla kəsilir, antisanitar şəraitdə saxlanılır. Qanunsuz fəaliyyət göstərən toyuq kəsimi və qablaşdırılması sexi Siyəzəndə aşkarlanıb.

Qida Təhlükəsizliyi Agentliyinin Xaçmaz Regional bölməsinin keçirdiyi reyd zamanı fiziki şəxs Nəsir Əhmədova məxsus sexdə  toyuqların çəkisinin süni yolla artırıldığı da məlum olub. Kəsimi Siyəzəndə həyata keçirilən quşlar,  Quba toyuğu adı altında  satışa çıxarılır.

Aşkar olunan nöqsanlar əsasında qanunvericiliyin tələbləri çərçivəsində tədbirlər görülüb və sexin fəaliyyəti dayandırılıb. İstehsal olunan məhsullardan nümunələr götürülərək ekspertizanın aparılması üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib.