Yararsız metallardan hazırlanan qeyri-adi əl işləri - Video

03 2020 17:15

Qeyri-adi məşğuliyyəti ilə tanınan Siyəzən şəhər sakini Cavid Yəhyayev hazırladığı yeni əl işləri ilə yenidən diqqət çəkməyi bacarıb. Adətən yararsız avtomobil şinləri və istifadə olunmuş şirə qablarından fiqurlar və bəzək əşyaları hazırlayan siyəzənli mühəndis budəfəki əl işlərində avtomobil ehtiyyat hissələri və metal əşyalardan istifadə edib.