Ölkə üzrə taxıl sahələrinin 73 faizində biçin başa çatıb - Video

06 2020 17:27

Azərbaycanda taxıl biçini yekun mərhələyə qədəm qoyub. Artıq ölkə üzrə taxıl sahələrinin 73 faizində biçin başa çatıb. Hazırda məhsul yığımı əsasən dağətəyi zonalarda aparılır. Aktiv taxıl biçini gedən rayonlardan biri olan Xaçmazda isə bu il 23 min 664 hektar sahədə taxıl əkilib. Artıq 14 min hektar sahədə biçin yekunlaşıb.