Şabran və Siyəzəndə Asiya çəyirtkələrinə qarşı mübarizə tədbirlərinə başlanılıb - Video

08 2020 17:42

İyunun sonlarında  yaxın qonşu ölkələrdən Şabran və Siyəzən rayonlarının lokal ərazilərinə Asiya cəyirtkələrinin miqrasiyası müşahidə olunub. Aqrar Xidmətlər Agentliyinin əməkdaşlarından ibarət monitorinq qrupu yaradılaraq çəyirtkə dəstələrinin uçuş koordinatları və ümumi ərazi müəyyənləşdirilib. Asiya çəyirtkələri 20 kilometrlik məsafədə təxminən 800 hektar sahədə müşahidə edilir. Bitki mühafizəsi sahəsində fəaliyyət göstərən qurumlar tərəfindən 500 hektar ərazidə kimyəvi mübarizə tədbirləri aparılıb. Mübarizə tədbirlərinin optimal müddətdə və mobil texnikalar vasitəsilə aparılmsı nəticəsində cəyirtkə miqrasiyasının ziyan vurma həddi minimuma endirilib.