Xaçmazdakı Şəhidlər Xiyabanı əsaslı təmir olunur- Video

05 2020 13:09

Xaçmazdakı Şəhidlər Xiyabanında abadlıq və yenidənqurma işlərinə başlanılıb.

Xiyabanda torpaqlarımızın azadlığı və suverenliyi uğrunda canından keçən 225 xaçmazlı şəhidin xatirəsi əbədiləşdiriləcək.

Şəhidlər Xiyabanında tikiləcək xatirə kompleksinin qarşısında Azərbaycanın Milli Qəhrəmanı Yavər Şahbazovun büstü qoyulacaq. Yenidənqurma işləri çərçivəsində xiyabanda 17,5 metr hündürlüyündə “Əbədi məşəl” abidə-kompleksi inşa olunacaq.

Xiyabanda şəhidlərin şəkilləri əks olunmuş xatirə lövhələrinin quraşdırılması işləri yekunlaşmaq üzrədir. Artıq “Əbədi məşəl” abidə-kompleksinin tikintisinə başlanılıb. Qarşıdakı günlərdə xiyabanda yaşıllaşdırma və xüsusi işıqlandırma sisteminin quraşdırılması işlərinə start veriləcək.

Aprel ayından başlanan yenidənqurma işlərinin bu ilin oktyabrınadək yekunlaşdırılması nəzərdə tutulub.