Xaçmazın fındıq bağlarında məhsuldarlıq yüksəkdir- Video

07 2020 16:33

Xaçmazlı təsərrüfatçılar bu il fındıq bağlarından daha çox gəlir əldə edəcəklər. Rayonun  fındıq bağlarında məhsuldarlıq ötən illə müqayisədə daha çoxdur.Fındıq bağlarında kütləvi məhsul yığımına avqust ayının 15-dən sonra başlanılır. Yığım bir ay davam edir.Xaçmazlı təsərrüfatçılar ötən il rayon ərazisindəki fındıq bağlarından 6 min 627 ton məhsul əldə ediblər. Rayonda 9 min 715 hektar fındıq bağı var ki, bunun da 4 min 764 hektarı barverəndir.