Bu il Qubada 10 subartezian quyusu istifadəyə veriləcək- Video

08 2020 14:43

Qubanın suvarma suyu çatışmazlığından əziyyət çəkən Amsarqışlaq kəndində subartezian quyusu qazılır. Bağ sahələrinə yaxın ərazində qazılan quyunun suyundan təsərrüfat sahibləri faydalanacaq. Bağbanların suvarma suyuna olan təlabatının bir hissəsi subatezian quyusunun hesabına ödənəcək.

Bu il Qubanın 10 yaşayış məntəqəsində subartezian quyularının qazılması planlaşdırlıb. Onlardan 4-də işlər yekunlaşıb. Zərdabi qəsəbəsi və Amsarqışlaq kəndində quyuların vurulmasına başlanılıb. 150 metr dərinliyində qazılan subartezian quyularında çıxan su il 25 hektara yaxın sahəni suvarmaq mümkündür.

Ötən il Qubada 6 subartezian quyusu istifadəyə verilib. Rayondakı artezianların ümumi  sayı 700-dən çoxdur.