Qubada selin dağıtdığı körpünün tikintisi yekunlaşır- Video

11 2020 16:01

400 sakini olan Almazqazmalar kəndini Quba şəhəri ilə birləşdirən avtomobil körpüsünün tikintisi yekunlaşmaq üzrədir. Ağçayın üzərində inşa olunan körpü kəndi rayon mərkəzi ilə birləşdirən yeganə nəqliyyat ötürücüsüdür. Yay aylarında Ağçaya  gələn sel zamanı dağılan körpünün yerində inşa edilən nəqliyyat ötürücüsü çay yatağında 2 metr yarım hündürükdədir.