Xaçmazda mini futbol üzrə respublika birinciliyinə start verildi- Video

11 2020 16:06

Xaçmaz Olimpiya İdman Kompleksində mini futbol üzrə “Sevinc” kuboku uğrunda respublika birinciliyinə start verilib. 2007-2008-ci il təvəllüdlü oğlanlar arasında keçirilən yarışda 8 komanda mübarizə aparır. İki qrup üzrə aparılan birincilik üç gün davam edəcək.

Qalib komandalara Gənclər və İdman Nazirliyinin diplom və medalları təqdim olunacaq.