Xaçmazda 23 min hektardan çox sahədə payızlıq şum aparılacaq- Video

11 2020 16:13

Xaçmazın taxılçılıq və tərəvəçilik təsərrüfatlarında payız şumunun aparılmasına başlanılıb. Sahələrdən bol  məhsul götürən fermerlər torpağı növbəti əkin mərhələsinə hazırlayır. Bunun üçün şum əsas aqrotexniki işlərdən sayılır. Düzgün və vaxtında aparılan torpaq şumlaması məhsuldarlığa müsbət təsir edir.

Xaçmazda payızlıq şum prosesinin 23 min hektara yaxın ərazidə aparılması nəzərdə tutulub. Onun 7838 hektarında işlər yekunlaşıb. Aqrotexniki tədbirin vaxtında başa çatdırılması üçün sahələrdə 50-dən çox texnika işləyir.