Şabranın intensiv badam bağlarında məhsul toplanır- Video

11 2020 16:26

Şabran rayonunun iqlim şəraiti və coğrafi mühiti badam bağlarının becərilməsi üçün əlverişlidir. Burada badamın əsasən Guara və Avijor Loren növləri əkilir. 4 il öncə salınan bağlardan bu il bol məhsul toplanır.

Şabranda yeni badam bağlarının salınması işləri davam etdirilir. Hazırda rayonda 93,5 hektar badam bağı var. Bu il  rəqəm 100 hektara çatdırılacaq.