Qubada yapon alma növlərinin məhsuldarlığı yüksəkdir-Video

15 2020 14:53

Qubanın Birinci Nügədi kəndində yaşayan bağbanın 1 hektara yaxın bağında 900-dək alma ağacı var.  “Sakuray”, “Ramzes”, “Fuci” kimi yapon sortları yetişdirməklə məşhurlaşan fermerin bağında bu ilki məhsuldarlıq yüksəkdir. Yerli iqlim şəraitinə uyğunlaşan alma növlərinin arasında “Sakuray” daha məhsuldardır.

Ömrünün yarıdan çoxunu bağbanlığa sərf edən Ramiz Kərimov yapon alma növlərinin insan orqanizminə faydalı olduğunu bildirir. O, məhsulunun yığımdan öncə satıldığını qeyd edir.

Bu il yapon alma sortlarında məhsuldarlığın əsas səbəbi dərmanlamanın vaxtı-vaxtında aparılması ilə bağlıdır. Təcrübəli bağban sahəsini 10 dəfə dərman atıb. Bura kimyəvi preparatlarla yanaşı, ağacın oduncağından alınan xüsusi dərmanlar da aiddir.