Murad Məmmədov 1995-ci ildə Qusarın İmamqulukənd kəndində anadan olub. Vətən müharibəsi şəhidi 4 bacının yeganə qardaşı, ailənin sonbeşiyi idi. Bacıları Muradın toyunu səbrsizliklə gözləyirdi. Amma qəhrəman döyüşçü öncə vətən deyib silaha sarıldı. Suqovuşan istiqamətində gedən şiddətli savaşda qəhrəmancasına döyüşüb şəhidlik zirvəsinə ucaldı.