Vətən müharibəsində tarix yazan cəsur döyüşçü - Video

28 2021 17:28

Sərxan Mirzəmmədov 1998-ci ildə Xaçmazın Mirzəmmədkənd kəndində anadan olub. Hərbçi peşəsinə yiyələnən Sərxan 44 günlük vətən müharibəsinin ilk günlərindən silaha sarılaraq torpaqlarımızın azadlığı uğrunda döyüşlərə atılıb. Ağdərə istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman döyüşçü ölümündən sonra 4 medalla təltif edilib.