Düşməndən intiqam alaraq şəhid olan xaçmazlı döyüşçü - Video

05 Oktyabr 2021 17:36

Xaçmazın Pirquluoba kəndindən olan Orxan Çobanov 2 il idi gizir olaraq Vətənə xidmət göstərirdi. Torpaqlarımızın bütövlüyü uğrunda əks-hücum əməliyyatının başlamasını sevinclə qarşılayan Orxan müharibənin ilk günündən döyüşlərə qoşulub. Füzulinin Alxanlı kəndini düşməndən azad edərkən şəhidlik zirvəsinə ucalan qəhrəman ölümündən sonra 3 medalla təltif olunub.