Zəfər Günündə Xaçmaz şəhərində yeni park istifadəyə veriləcək - Video

06 Oktyabr 2021 16:32

Xaçmaz şəhərində inşa olunan Zəfər parkında son tamamlama işləri aparılır. Vətən müharibəsində qazanılan tarixi Zəfərə həsr olunan, eləcə də sakinlərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə salınan yeni parkın ərazisi 4 hektardır. Heydər Əliyev prospektində inşa edilən istirahət mərkəzi müasir layihə əsasında tikilib. Parkda şanlı Qələbəmizi özündə əks etdirən Zəfər Muzeyi və elektron kitabxananın tikintisi də yekunlaşır. Bundan başqa ərazidə süni göl və fontan qurulub. Gələcəkdə isə müxtəlif ictimai iaşə obyektləri sakinlərin istifadəsinə veriləcək. Parkın 8 Noyabr - Zəfər Günündə istifadəyə verilməsi nəzərdə tutulub.