Qubada 850 şagird yerlik məktəb binası istifadəyə verildi - Video

08 Oktyabr 2021 17:23

Bayram Şıxəmirov adına Zərdabi qəsəbə tam orta məktəbinin köhnə binası 46 il öncə istifadəyə verilmişdi. Bina istismar müddətini başa vurduğundan yenisi ilə əvəz olunub. Quba rayonunun Zərdabi qəsəbəsində Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunan yeni məktəb binası 850 şagird yerlikdir. Təhsil müəssisəsi üç mərtəbə və üç blokdan ibarətdir. Məktəbdə 40  sinif otağı, 6 laboratoriya, oxu zalı, 144 yerlik bufet, 344 nəfərlik akt və idman zalı şagirdlərin ixtiyarına verilib. Məktəbin həyətində şagirdlərin istirahəti üçün futbol, basketbol və voleybol meydançası inşa olunub.