Canını Vətənə fəda edən şabranlı qəhrəman - Video

11 Oktyabr 2021 17:46

İlkin Ağaquliyev 2000-ci ildə Şabran şəhərində dünyaya göz açıb. Ailənin yeganə övladı olan İlkin kiçik yaşlarında musiqi və idmanla məşğul olub. Hərb sahəsini seçən qəhrəman 6 ay idi ki, müddətdən artıq hərbi qulluqçu kimi xidmət göstərirdi. Qorxmaz döyüşçü Vətən müharibəsi başlayanda Murovdağ istiqamətindən savaşa qoşulub. Həmlə qruplarında yer alan döyüşçü Füzulinin azad olunmasında da qəhrəmanlıqla iştirak edib. İlkin Oktyabrın 16-sı Ağdərə istiqamətində yaralı yoldaşını döyüş meydanından çıxararkən snayper gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucalıb. İlkin Ağaquliyev ölümündən sonra “Suqovuşanın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.