Torpaq sürüşməsi 25 ev üçün təhlükə yaradıb - Video

14 Oktyabr 2021 17:06

Qubanın Qrız Dəhnə kəndi ərazisində torpaq sürüşməsində aktivlik müşahidə olunur. Quba Rayon İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları əraziyə baxış keçirib. Kənddəki 25 evin təhlükəli ərazidə yerləşdiyi müəyyənləşib. Bu evlərdən ikisində yaşayış var.  Sürüşmənin aktivliyi nəzərə alınaraq həmin evlərdə yaşayan ailələr köçürülüb. Sürüşmə zonası 50 hektar ərazini əhatə edir. Bu əsasən kənd sakinlərinə məxsus pay torpaqlarıdır. Hazırda kənddə polis və yerli icra strukturlarının əməkdaşları tərəfindən naryad təşkil olunub. Sakinlər təhlükəli əraziyə buraxılmır.