Füzuli döyüşlərində şəhid olan Ağabala Ağayev - Video

18 Oktyabr 2021 15:56

Vətən müharibəsi şəhidi, kiçik çavuş Ağabala Ağayev 1997-ci ildə Şabranın Çölquşçu kəndində doğulub. Hərb sənətinə böyük marağı olan Ağabala 10 ay idi ki, Silahlı qüvvələrin tərkibində kiçik çavuş kimi xidmət göstərirdi. Ağabala Ağayev Vətən müharibəsinin ilk günündən savaşa qoşulub. Qəhrəman döyüşçü Füzuli və Cəbrayıl istiqamətində gedən ağır savaşın iştirakçısı olub. Ağabala Ağayev oktyabrın 13-də Füzuli döyüşlərində qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib.

Torpaqlarımızın bütövlüyü uğrunda canını fəda edən qəhrəman ölümündən sonra “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.