Şabranda 264 yerlik yeni məktəb binası tikilir - Video

17 Noyabr 2021 17:41

Şabran rayon Uzunboyad kənd tam orta məktəbinin köhnə binası 1956-cı ildən fəaliyyət göstərir. İstismar müddətini başa vuran təhsil ocağı şagirdlərin keyfiyyətli təhsil alması üçün yararsızdır. Bu səbəbdən kənddə yeni ikimərtəbəli tədris müəssisəsinin inşasına başlanılıb.