Dörd medalla təltif olunan 19 yaşlı qəhrəman - Video

22 Noyabr 2021 16:48

Qanı ilə tarix yazan Elməddin Abdullayev 2001-ci ildə Qubanın Qam-Qam kəndində anadan olub. Ailənin ilk övladı olan Elməddin Vətən müharibəsi başlayanda irəli atılan ordu sıralarında yer alıb. Qəhrəman əsgər işğalda olan bir sıra yaşayış məntəqələrinin azad olunmasında fəal iştirak edib. Suqovuşan, Ağdərə və Tərtər döyüşlərinin iştirakçısı olan Elməddin hərbi xidməti bitirməyinə bir neçə gün qalmış Talış kəndi uğrunda gedən döyüş əməliyyatında düşmənin snayper gülləsinə tuş gələrək qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Elməddin Abdullayev ölümündən sonra “Suqovuşanın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.