Vətən uğrunda canından keçən şəhid Şöhrət Cəlilov - Video

22 Noyabr 2021 17:13

Vətən torpaqlarının azadlığını canından üstün tutaraq şəhidlik zirvəsinə ucalan Şöhrət Cəlilov 1998-ci ildə Xaçmazın Gəncəli kəndində anadan olub. 44 gün davam edən savaşa könüllü yollanan qəhrəman döyüşlərə Füzuli istiqamətindən qoşulub. 22 yaşlı döyüşçü Cəbrayıl və Xocavənd uğrunda da irəli atılan ordu sıralarında yer alıb. Şöhrət Cəlilov ailəsi ilə əlaqə saxlayarkən işğalda olan torpaqlarımızı azad edərək ordumuzun hər gün irəlilədiyini bildirib. Oktyabrın 24-ü son döyüşünə yollanan qəhrəman Xocavənd rayonun Zoğalbulaq kəndi uğrunda savaşda yaralı yoldaşlarını xilas edərkən şəhidlik zirvəsinə ucalıb. Torpaqlarımızın bütövlüyü uğrunda canından keçən qəhrəman ölümündən sonra 4 medalla təltif olunub.