Virusdan qorunmağın əsas yolu - vaksinasiya - Video

30 Noyabr 2021 17:30

Covid-19 infeksiyası hər gün can almaqda davam edir. Təəssüf ki hələ də virusun yarada biləcəyi fəsadları, itkiləri ciddiyə almayıb öz və ətrafındakıların həyatını heçə sayanlar var. Gözəgörünməz bəlanın varlığına inanmayan 65 yaşlı Mirzəbala Muradov da bir ay öncə ölümdən dönüb. Quba sakini yenidən həyata qayıtmasını möcüzə sayır.