Yüz yaşlı Əmrah baba uzunömürlülüyün sirrini açdı - Video

06 2022 09:43

100 yaşlı Əmrah Məmmədov şimal bölgəsinin yaşı yüzü keçən 3 sakinindən biridir. O, 1921-ci il yanvarın 20-si Siyəzənin Böyük-Həmyə kəndində anadan olub. Dövrünün çətinlikləri ilə orta məktəbi bitirən Əmrah Məmmədov Gəncədə ali təhsil alaraq aqronomluq ixtisasına yiyələnib. İkinci Dünya müharibəsi veteranı olan Əmrah Məmmədov Azərbaycanla yanaşı Ukrayna və Rusiya dövlətləri tərəfindən də faşizm üzərində qələbənin yubiley medalları ilə təltif olunub. Hazırda onun 5 övladı, 34 nəvəsi, 55 nəticəsi və 5 kötükcəsi var.  Bir əsrdən çox yaşayan Əmrah Məmmədov uzunömürlülüyün sirrini sağlam həyat tərzində görür.