Ömrünün yarıdan çoxunu xalça toxumaqla keçirən Elbəniz Təhməzova - Video

06 2022 09:56

Elbəniz Təhməzova ömrünün yarıdan çoxunu xalça toxumaqla keçirib. Onun toxuduğu Pirəbədil xalçalarında lazım olan boyalar təbii vasitələrdən əldə edilir. Uzun illərdir Pirəbədil xalçaları toxuyan xalçaçı indi bu sənətin sirrlərini gənc nəslə öyrədir.

Pirəbədil kəndində bu gün də xalçaçılıq ənənələri qorunub saxlanılır. Bu kənddəki əksər evlərdə xalça dəzgahları mövcuddur. Pirəbədillilər qız köçürərkən əsas cehiz əllə toxunan xalça sayılır.

Qədim tarixə malik olan Pirəbədil xalçaları Pirəbədil Tarix Muzeyində də sərgilənir. Muzeydə xalçaçılığın sirrlərinə yiyələnmək istəyənlər üçün dərnəklər fəaliyyət göstərir.