El şənliklərinin sevimli kollektivi - “Çıraqqala” zurnaçılar ansamblı - Video

06 2022 10:03

“Çıraqqala” zurnaçılar xalq kollektivi 1956-cı ildən fəaliyyət göstərir. İlk yarandığı gündən çıxışlara 7 nəfərlik heyətlə başlayıb. 60 ildən çoxdur el şənliklərinin sevimlisi olan kollektivin hazırda 20-yə yaxın üzvü var.

Zurnaçılar ansamblı əvvəlcə yerli sakinlər qarşısında çıxış edib. Daha sonra “Çıraqqala” xalq kollektivi Türkiyə və Hindistanda da musiqi folklor festivallarında uğurla iştirak edib. Xalq yaradıcılığının inkişafındakı xidmətlərinə, sənət uğurlarına görə “Çıraqqala” zurnaçılar ansamblına 1987-ci ildə “Xalq kollektivi” adı verilib.