6 ay komada qalandan sonra şəhid olan xaçmazlı qəhrəman - Video

10 2022 15:24

Səbuhi Hüseynli 1997-ci ildə Xaçmazın Maqsudkənd kəndində anadan olub. 2016-cı ildə Aprel döyüşlərinin fəal iştirakçısı olan Səbuhi 44 günlük Vətən müharibəsində də Füzuli və Cəbrayıl cəbhələrində savaşıb. Qəhrəman oktyabrın 26-da Xocavənd-Şuşa istiqamətində döyüşdə baş nahiyəsindən ağır qəlpə yarası alıb. Altı ay komada qalan Səbuhi Hüseynli 2021-ci il aprelin 15-də müalicə aldığı xəstəxanada şəhidlik zirvəsinə ucalıb.

23 yaşında şəhid olan Səbuhi Hüseynli ailəli idi. Onun bir oğul övladı Vətənə yadigar qalıb.

Döyüşlərdə göstərdiyi şücaətə görə Səbuhi Hüseynli ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.