Qubada 53 minə yaxın şəxs üçüncü doza peyvənd olunub - Video

10 2022 15:26

Quba rayonunda COVİD-19 infeksiyasına qarşı 3-cü doza vaksinin vurulması davam etdirilir. Bu günə kimi 53 minə yaxın şəxsə 3-cü doza peyvənd vurulub. Vaksinasiya zamanı yarana biləcək sıxlığın qarşısının alınması məqsədilə peyvəndləmə iki mərkəzdə aparılır. Sakinlər Quba Rayon Mərkəzi Xəstəxanasında və Quba Müalicə Diaqnostika Mərkəzində peyvənd olunurlar.

Ümumilikdə bu günə kimi Qubada vətəndaşlara 150 min dozaya yaxın peyvənd vurulub. Rayonda vaksinasiya prosesi gündəlik olaraq tərtib olunan qrafik əsasında davam etdirilir. Qeydiyyat prosesi randevu.its.gov.az saytında onlayn keçirilir. Onlayn qeydiyyatdan keçə bilməyənlər isə birbaşa poliklinikalara müraciət edə bilərlər.