Virusdan qorunmağın əsas yolu - vaksinasiya - Video

13 2022 20:54

Qubada COVID-19-a qarşı vaksinasiya prosesi davam etdirilir. Hazırda vətəndaşlar 3-cü doza peyvənd olunur. Vaksinasiya prosesi Quba rayon mərkəzi xəstəxanası ilə yanaşı 2 səyyar briqada tərəfindən kəndlərdə də həyata keçirilir. Poliklinikalarda yarana biləcək sıxlığın qarşısını almaq məqsədi ilə qeydiyyat prosesi randevu.its.gov.az saytında onlayn keçirilir. Onlayn qeydiyyatdan keçə bilməyənlər poliklinikalara müraciət edə bilərlər.