Şabranın Ərəblər kəndi qazlaşdırılır - Video

21 2022 15:36

Bu il Şabranın Ərəblər kəndinin sakinləri üçün əlamətdar olacaq. Yaşayış məntəqəsinə qaz xətləri çəkilir. İşlər yekunlaşdıqdan sonra kənddə 62 abonent ilk dəfə mavi yanacaqdan istifadə edəcək.

Şabranın Ərəblər kəndi ilə yanaşı Qubanın Qaraçay, Xaçmazın Bayoba, Siyəzənin Böyük Həmyə kəndlərinin də mavi yanacaqla təmin edilməsi istiqamətində işlər davam etdirilir.