Qusarın taxıl zəmilərində alaq otlarına qarşı mübarizə tədbirləri görülür - Video

28 2022 15:43

Bol məhsul əldə etmək üçün Qusarın taxıl zəmilərinə aqrotexniki qulluq göstərilir. Yaz yemləmə gübrəsinin ardından təsərrüfatçılar əkin sahələrində alaq otlarına qarşı mübarizə tədbirləri həyata keçirir. Alaq otları məhsuldarlığı aşağı salmaqla yanaşı, məhsulun keyfiyyətinə də mənfi təsir göstərir.

Aqrotexniki qulluq işləri vaxtında və keyfiyyətlə yerinə yetirilməlidir. Ümumilikdə isə mübarizə tədbirləri taxıl bitkisinin sünbül fazasına çatmasına qədər aparılmalıdır. Bu dövr taxılın əkinindən asılı olaraq mayın sonunadək davam edə bilər.

2022-ci ilin məhsulu üçün Qusarda 23 min hektardan çox sahədə taxıl əkilib. Bunun 15 min 120 hektarı buğda, qalanı arpadır. Rayon ərazisində əkinəyararlı torpaqların 70 faizi dəmyə sahələrdir.