Azərbaycanın Milli Qəhrəmanı, şəhid Çingiz Qurbanovun büstü qoyulub - Video

11 2022 20:00

Azərbaycanın Milli Qəhrəmanı, şəhid Çingiz Qurbanovun təhsil aldığı Qusar rayon Həzrə kənd tam orta məktəbinin qarşısında qəhrəman döyüşçünün büstü qoyulub. Büstün açılış mərasimində rayon rəsmiləri, Vətən müharibəsi iştirakçıları, ictimayyət nümayəndələri və məktəbin kollektivi iştirak edib.

Çingiz 2016-cı il dekabrın 29-da Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribatının qarşısını alarkən şəhid olub. Prezident İlham Əliyevin sərəncamı ilə Çingiz Qurbanova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib. Onun adı Qusar şəhərində küçəyə və təhsil aldığı məktəbə verilib.

Qusar rayonu Vətən torpaqlarının müdafiəsi uğrunda 106 şəhid verib. Onlardan 37-si Vətən müharibəsi şəhididir.