Fərhad Bəkirov ardıcıl 3-cü ildir ki Respublika fənn olimpiadalarının qızıl mükafatına layiq görülüb. Akademik Zərifə Əliyeva adına Xaçmaz şəhər 8 nömrəli məktəb-liseyin XI sinif şagirdi bu uğura coğrafiya fənni üzrə imza atıb.
Fərhadın sinif yoldaşı Nəriman İsrafilov da uğur qazanan şagirdlərdəndir. O coğrafiya fənni üzrə olimpiadanın bürünc medalına layiq görülüb.
Medal qazanan 3 xaçmazlı məktəblidən biri də Amin Mirişovdur. Arzu qəsəbə tam orta məktəbinin XI sinif şagirdi ardıcıl ikinci ildir ki qızıl medala sahib olur. Aminin fənn olimpiadalarında iki bürünc medalı da var.