Qubada yaşayış məntəqələrinin sel sularından qorunması məqsədilə çayların kənarında mühafizə bəndlərinin inşası davam etdirilir. Daşqın və sel təhlükəsi olan hissələrdə bənd-sahilbərkitmə işləri aparılır. Bundan başqa əhalinin fasiləsiz və dayanıqlı suvarma suyu ilə təmin edilməsi üçün kanallarda lildən təmizləmə tədbirləri həyata keçirilir.