Qubada ənənəvi yəhudi evi bərpa olunacaq - Video

25 2022 09:31

Heydər Əliyev Fondunun dəstəyi ilə Qubada dağ yəhudilərinin yığcam yaşadığı Qırmızı qəsəbədə ənənəvi yəhudi evi bərpa olunacaq. “Qırmızı qəsəbədə yəhudilərin ənənəvi evinin bərpası layihəsi” Amerika Birləşmiş Ştatlarının, İsrailin ölkəmizdəki səfirlikləri və Dağ Yəhudilərinin İrsi Mərkəzi ilə birlidə həyata keçirilir. Mərasimdə Qubanın tarixi, son dövrlərdə keçdiyi inkişaf yolu, burada yaşayan azsaylı xalqlar, rayondakı tolerantlıq mühiti haqqında ətraflı məlumat verilib. Bildirilib ki, Qırmızı qəsəbədə sinaqoqlar, yəhudi dinini öyrədən dərnəklər, turist informasiya mərkəzi və bir çox digər görməli yerlər var. Prezident İlham Əliyevin xüsusi önəm verdiyi multikulturalizm ənənələrinin əsl nümunələrindən birini Qubanın Qırmızı qəsəbəsində görmək olar. Burada dağ yəhudiləri uzun illərdir tolerantlıq şəraitində yaşayırlar. Qubada dağ yəhudiləri ilə yanaşı 20-dən çox etnik azlıqların nümayəndələri dostluq, qardaşlıq şəraitində, heç bir ayrıseçkiliyə məruz qalamadan birgə yaşayır. Dağ yəhudilərinə məxsus evin bərpası həm tarixi  həm də turistik baxımdan böyük əhəmiyyət daşıyır.