Qəhrəman kəndin qəhrəman övladı - Video

26 2022 17:30

Hərbçi olaraq işğalda olan torpaqları azad etməyi qarşısına məqsəd qoymuşdu. Elə bu məqsəd uğrunda Vətən müharibəsinin ilk günündən savaşa qoşuldu Mehdi Murtuzov. Yaralanmasına baxmayaraq döyüşü davam etdirən qəhrəman oktyabrın 2-si şəhidlik zirvəsinə ucalıb. Mehdi Murtuzovun nəşini qızğın döyüşlər səbəbindən şəhid olduğ ərazidən götürmək mümkün olmayıb. Ordumuzun şanlı zəfərindən sonra Mehdinin nəşi döyüş yoldaşları tərəfindən aşkar olunub.

Qubanın Alpan kəndindən olan cəsur döyüşçü ölümündən sonra 3 medalla təltif olunub.