Qeyri-sabit hava şəraiti kütləvi çiyələk yığımını gecikdirir - Video

27 2022 16:22

Qeyri-sabit hava şəraiti Qubada kütləvi çiyələk yığımını gecikdirir. Ötən il mayın əvvəllərində məhsul toplayan bir çox təsərrüfatçı bu il kütləvi yığıma başlamayıb.

Yığımın gecikməsi çiyələyin qiymətinə də öz təsirini göstərib. Qiymətlərdə artım var.

Təsərrüfatçılar son illər əsasən Avropadan gətirilən çiyələk növlərini becərməyə üstünlük verirlər. Bunun əsas səbəbi həmin növ çiyələklərin həm məhsuldar, həm də satış üçün əlverişli olmasıdır.

Yığım zamanı əldə olunan məhsul əsasən yerli bazarlara satılır.